"Rusiya Ukraynada, İsrail isə İranda rejimi dəyişmək istəyir"

"Rusiya rəsmiləri bir ağızdan elə “İsrail İrana hücumu dayandırmalıdır, danışıqlara üstünlük verilməlidir” deyirlər ki, guya özləri Ukrayna ilə danışıqların tərəfdarıdır. Əksinə Rusiya son günlər Ukrayna şəhərlərinə bombardmanların miqyasını artırıb. Kremlə Ukraynaya qarşı müharibəni dayandırıb danışıqlar aparmağı təklilf edirlər. Kreml bu təklifləri rədd edir, danışıqları müharibə ilə paralel aparmağa üstünlük verib".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Kreml özünə rəva görmədiyini başqasına rəva görür:
"Rusiya Ukrayna ilə məsələləri müharibəyə başlamadan məsələni danışıqlar yoluyla həll etməyə üstünlük versəydi, bəlkə də İsrail-İran müharibəsi baş verməzdi. Kreml Ukraynaya qarşı müharibəni “Rusiyanın maraqları təmin edilməlidir” tezisi altında davam etdirir. İsrailin də arqumenti oxşardır: “İranın nüvə silahı olmamalıdır”. Rusiya da müharibə yolu ilə Ukraynada rejimi dəyişmək istəyir, eynisini İsrail İranda istəyir. Beynəlxalq hüquq isə işləmir".
Vasif ƏLİHÜSEYN