Azərbaycan və Suriya XİN başçıları müzakirələr APARDI

 20:31 21.06.2025     108

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında deyilir.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində bir araya gəliblər.

Müzakirələr zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıblar.

Humanitar yardım təşəbbüslərinin gücləndirilməsinə və münaqişədən sonra bərpa səylərində əməkdaşlıq imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib.

Suriyaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların aradan qaldırılmasının ölkənin yenidən qurulması və uzunmüddətli inkişafının asanlaşdırılmasında mühüm rol oynayacağı vurğulanıb.

Nazirlər, həmçinin Yaxın Şərqdə baş verən hadisələrə, İsrail və İran arasında son eskalasiyaya diqqət yetirməklə, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.