XİN Suriyaya başsağlığı VERDİ

 15:07 23.06.2025     49

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror aktı ilə bağlı Suriyaya başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Dəməşqdə Müqəddəs Elias kilsəsində baş verən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

XİN, həmçinin paylaşımında Suriya hökuməti və xalqı ilə həmrəy olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, iyunun 22-də törədilən sözügedən terror hadisəsi zamanı azı 25 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.