Avropa liderlərinin İranla bağlı mövqeyi beynəlxalq hüquqa ziddir

Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov Avropa liderlərinin, xüsusilə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridriks Mersin İranla bağlı mövqeyinin beynəlxalq hüquqa uyğun olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, şəxsi "Telegram" kanalında paylaşım edib.
Puşkov xatırladıb ki, Makron ABŞ-nin İrana qarşı həyata keçirdiyi hava zərbələrini qeyri-legitim adlandırsa da, Parisin Vaşinqtonun məqsədlərini bölüşdüyünü bəyan edib.
"Başqa sözlə, əgər ABŞ beynəlxalq arenada qanun çərçivəsindən kənar hərəkət edirsə, bu, qeyri-legitim sayılır, lakin Qərb üçün qəbulediləndir. Mers də təxminən bu cür düşünür. Avropa rəhbərlərinin mövqeyi artıq uzun müddətdir ki, beynəlxalq hüquqla uzlaşmır", - deyə o vurğulayıb.
Xədicə BAXIŞLI