"İsrail bir az toparlansın, İrana qarşı növbəti əməliyyata başlayacaqlar" - Zərdüşt Əlizadə

 20:43 25.06.2025     79

"Atəşkəs müvəqqəti tədbirdir. İsrail bir az toparlansın, Amerika ona silah versin, bundan sonra yalan və böhtanla İrana qarşı növbəti əməliyyata başlayacaqlar".

Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə İsrail və İran arasında əldə edilən atəşləsdən danışarkən bildirdi.

"İstəyirlər ki, siyasi üsul-idarəni dəyişsinlər, İranın başına itaətkar, Qərbin və Amerikanın diqtəsi ilə hərəkət edən rəhbərlik gətirsinlər. Beləliklə, Fələstin ərəbləri tamamilə köməksiz qalsınlar. Özləri elan ediblər ki, ərəbləri Fələstindən köçürəcəklər. O torpağı yəhudilər üçün “təmizləyəcəklər”. Onların əsas məqsədləri bunlardır", - deyə politoloq vurğuladı.

Aytəkin TOFİQQIZI