İlham Əliyev Pezeşkianı İsraillə qarşıdurmasının dayandırılması münasibətilə təbrik etdi

 11:50 26.06.2025     110

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı telefon danışığı zamanı İran-İsrail qarşıdurmasının dayandırılması münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.