İsrail Livana zərbə ENDİRDİ

 17:20 26.06.2025     109

İsrail hərbçiləri Cənubi Livana yenidən zərbələr endiriblər.

Redaktor.az  TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbənin endirilməsində məqsəd "Hizbullah"ın hərbi qanadına daxil olan iki radikalın öldürülməsi olub.

Birinci zərbə Livanın Baraşit qəsəbəsinə endirilib, nəticədə "Radvan" qüvvələrinin tərkibindəki bölmələrdən birinin komandiri öldürülüb. İki saat sonra "Hizbullah"ın hərbi dəstələrindən daha bir radikal Beyt-Lif qəsəbəsi ərazisində zərərsizləşdirilib.