Fransa büdcəsi 5 milyard avro azaldılır

 18:05 26.06.2025     69

Fransa hökuməti bu il ümumi daxili məhsulun 5.4 %-i həcmində büdcə kəsiri hədəfinə çatmaq üçün xərcləri təxminən 5 milyard avro azaltdığını açıqlayıb.

Redaktor.az bu barədə Fransanın İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Nazirlik dövlət xərclərinin bu ilin büdcəsində nəzərdə tutulan göstərici ilə müqayisədə daha çox artması səbəbindən ixtisarların zəruri olduğunu bildirib.

Hökumət mərkəzi dövlət büdcəsini 3 milyard avro, sosial təminat xərclərini 1,7 milyard avro azaldacaq.