Şavkat Mirziyoyev İlham Əliyevi təbrik ETDİ

 23:51 02.07.2025     131

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan milli komandasının Bakıda keçirilmiş futbol üzrə dünya çempionatında inamlı qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Redaktor.az-ın xəbərinə görə, o, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşündə təbriklərini çatdırıb.

"İlham Heydər oğlu, mən də sizi təbrik etmək istəyirəm: mini futbol üzrə Azərbaycan milli komandası dünya çempionudur. Biz gördük və həqiqətən də sevindik ki, böyük futbola cəmi bir addım qalıb", - Özbəkistan lideri qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan millisi mini futbol üzrə dünya çempionatının qalibi olub. Elşad Quliyevin yetirmələri finalda Macarıstan millisini yenib.