Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak EDƏCƏK

 09:03 04.07.2025     74

İran Prezidenti Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İran prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi bildirib.

O qeyd edib ki, Pezeşkianın Azərbaycanda bir sıra dövlət başçıları, o cümlədən Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ilə ikitərəfli görüşlər nəzərdə tutulub.