"ABŞ İranla müqavilə bağlasa, sabah onu pozacaq" - Zərdüşt Əlizadə

 16:09 08.07.2025     185

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donlad Trapm bildirib ki, İranla danışıqlar planlayıblar.

ABŞ və İran arasında danışıqlar nəticə verə bilərmi?

Redaktor.az-a mövzu ilə bağlı danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, Amerika özünü bandit kimi aparır.

"Ölkələrin hüquqlarını tanımır. Öz iradəsini həyasızca hamıya qəbul etdirməyə çalışır. Məntiqsiz və ağılsız siyasət yürüdür. Belə şəraitdə İran özünü heyvərə kimi aparan Amerika prezidenti ilə nəyi danışsın? Amerika heç bir hüquqa əsaslanmadan ölkələrə qarşı sanksiyalar tətbiq edir. Danışmağın nə xeyri var? Əgər bir dövlət başçısı imzaladığı müqavilələrə hörmət etmirsə, gündə bir söz deyirsə, öz cani niyyətini zorla başqa dövlətə sıramaq istəyirsə, bu prezidentlə danışmağın nə mənası var? Heç bir xeyri yoxdur. İran əlbəttə ki, danışıq istəyir. Amerika güclüdür, hərbi gücü, aviasiyası var. Amma eyni zamanda İran anlayır ki, onunla danışmağın mənası yoxdur. Müqavilə bağlasalar, sabah o müqaviləni pozacaq. İran çətin vəziyyətlərdə çalışır ki, mənafelərini və müstəqilliyini qorusun, Amerikanın azğın təzyiqindən yaxa qurtarsın", - deyə siyasi şərhçi vurğuladı.

Aytəkin TOFİQQIZI