"Trampın məqsədi Rusiya-Ukrayna müharibəsini sonsuzluğa qədər uzatmaqdır" - Zərdüşt Əlizadə

 14:11 09.07.2025     189

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı qeyd edib ki, Ukraynaya bir az da silah göndərəcəklər. Səbəb kimi isə onların əziyyət çəkdiyini bildirib.

Bəs Amerika prezidentinin əsas məqsədi nə ola bilər?

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Donald Trampın məqsədi Rusiya-Ukrayna müharibəsini sonsuzluğa qədər uzatmaqdır. 

"Ukraynaya silahı o şərtlə göndərirlər ki, Ukrayna güclü olmasın, amma o qədər də zəif olmasın ki, məğlub olsun. Nə qədər Rusiya və Ukrayna bir-birini qırsa, o qədər də bu, Amerikaya xeyirdir", - deyə politoloq qeyd etdi.

Aytəkin TOFİQQIZI