Elşən İbrahimov Rusiyadan deportasiya OLUNDU

 23:52 09.07.2025     333

Moskva vilayətindəki Azərbaycan diasporunun (Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin) rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, diaspor rəhbəri Şeremetyevo hava limanından Aeroflot hava yollarına məxsus Moskva-Bakı reysi ilə Bakıya yola düşüb.

Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.

***

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

Redaktor.az xəbər verir ki, Elşən İbrahimov APA-nın Moskva müxbiri ilə söhbətində hazırda Şeremetyevo aeroportunda olduğunu və Rusiyadan deportasiya olunduğunu təsdiqləyib.

O bildirib ki, “Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.

Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.

Vumart və Güvən reklamı Vumart Güvən