"Prezident İlham Əliyev uzaqgörən və müdrik bir siyasət yürüdür" - Deputat

"Rusiya-Azərbaycan arasında xeyli zamandır gərgin münasibətlərin şahidiyik. Rəsmi ritorikada mövcud vəziyyətin daha da qızışdırılmaması üçün həssaslıq göstərilsə də, hər halda inkarolunmaz reallıqlar mövcuddur".
Bu fikirləri Azərbaycan-Rusiya münasibətləri haqqında Redaktor.az-a danışam Milli Məclisin deputatı Azər Badamov bildirdi. Onun sözlərinə görə, Rusiya Qərb rəqabəti, “bilək yarışı” hədəf seçilən ərazidə nəticəyə hasil ola bilmədiyindən arealı dəyişdirilməyə çalışılır:
"Lakin bu cəhdlərdən daha çox digər regionun aktorlarının bu hədəfə verdiyi reaksiya daha vacibdir. Bu istiqamətdə Azərbaycanın uzun zamandan bəridir ki, xüsusi mövqe sərgilədiyinin şahidiyik. Bu odur ki, münaqişə və müharibə ocaqları Cənubi Qafqaza doğru sürüşdürülməməlidir. Cənab Prezident İlham Əliyev elə uzaqgörən və müdrik bir siyasət yürüdür ki, bu siyasət gələcək nəsillərə də müharibədən uzaq, təhlükəsiz bir regionda yaşayıb-yaratmaq imkanları təqdim edir. Məqsəd Cənubi Qafqazın iqtisadi layihələrlə maksimum çox olan zona olmasıdır. Səlis məntiq onu diktə edir ki, qarşılıqlı iqtisadi layihələrdə marağı olan heç bir tərəf eskalasiyaya getməyəcək. Ermənistana bu şans yenə verilir. Dövlət başçımız aydın bildirmişdi ki, Ermənistan yanlış siyasətindən əl çəksəydi, Gürcüstan kimi tranzit ölkəyə çevrilə bilərdi".
Müsahibimiz qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətlərin daha da gərginləşməsini istəmir:
"Zənn etmirəm ki, indiki məqamda qarşı tərəf də buna meyil edəcək. Lakin bir həqiqəti hər zaman göz önündə tutmaq lazımdır ki, Rusiyanın fundamental baxışı proseslərin nə olur-olsun öz oxundan çıxmasına icazə verməməsidir. Bu baxımdan neytral tərəf və aktor olaraq BƏƏ-nin seçilməsi, həm də bu meydanın Türkiyə ilə olan münasibətləri də nəzərə alınaraq seçilməsi düzgün addım, mühüm amil idi. Çünki nəticənin əldə olunması qədər, ondan sonra cəhd edilməyə çalışılan proseslərə nəzarətin əldən verilməməsi də Azərbaycan tərəfindən hesablanmamış deyil".
Nuriyyə NATİQQIZI