"ABŞ Zəngəzur dəhlizinə nəzarəti Türkiyəyə verəcək" - Politoloq

Dünən Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş baş tutub.
Görüş ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən politoloq Yusif Bağırzadə bildirdi ki, bu görüş kifayət qədər uğurlu bir görüşdür.
"Belə ki, 3-cü bir dövlət və ya ittifaq olmadan baş tutub. Nəzərə alsaq ki, hər iki tərəfdən sülh sazişi prosesində rəsmi şəxslərin iştirakı bizə deməyə əsas verir ki, iki tərəf arasında kifayət qədər anlaşmalı bir görüş keçirilib. Görüşdə Zəngəzur məsələsi də müzakirə olunub və müəyyən dərəcədə bununla bağlı razılıq əldə olunub. ABŞ administrasiyasının verdiyi məlumata görə, ABŞ dövləti Zəngəzur dəhlizinin idarə olunmasını ixtisaslaşmış özəl şirkətinə təhvil verilməsini istəyir. Əslində, bu məsələ 2020-ci il noyabrın 10-da imzalanmış Azərbaycan-Ermənistan-Rusiya birgə bəyanatından sonra, Bayden dönəmində ortaya atılıb. Buradan belə nəticə çıxarmaq olar ki, Zəngəzur dəhlizi ixtisaslaşmış ABŞ şirkətinə verilsin. Nəzərə alsaq ki, dəhlizə maraqlı olan dövlətlər var, ona görə də dəhlizin təhlükəsizliyi səbəbindən ABŞ nəzarəti NATO-ya daxil olan Türkiyəyə verəcəkdir. Bu həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. ABŞ və Türkiyənin adı olan yerdə Rusiya məsələyə qarışa bilməz", - deyə o vurğuladı.
Nuriyyə NATİQQIZI