Politoloq Ukrayna və ABŞ-nin Rusiyaya gözlənilən sürprizlərindən DANIŞDI

 18:30 11.07.2025     88

"Amerika Prezidenti Donald Trampın Rusiyaya sürpriz açıqlama edəcəyi ilə Ukrayna Prezident Ofisinin müşavirinin "Ukrayna hərbçiləri Rusiya üçün yeni sürprizlər hazırlayır" deməsində məqsədləri tamamilə fərqli və ya koordinasiyalı ola bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi.

"Belə ki, Ukrayna vaxtaşırı Rusiyaya sürprizlər edir. Məsələn, ən son Rusiyanın bombardman edən təyyarələrinə qarşı yönəlmiş aerodromlarına zərbə vurulması, Krım körpüsünə və Kursk vilayətinə böyük hücumları olmuşdur. Ukrayna vaxtaşırı belə hücumlar edir. Onlardan birini də gələcək zaman üçün planlamış ola bilər. Digər tərəfdən, ABŞ Rusiyadan narazıdır. Xüsusilə ABŞ Prezidenti Donald Tramp. Çünki o, Putinin onu aldatdığını düşünür. O düşünür ki, Rusiya sülh istəmir. Faktiki olaraq, sülh danışıqlarının olmamasından da istifadə edib Ukraynaya əlavə nailiyyətlər əldə etməyə çalışır" - o dedi.

Siyasi şərhçi qeyd etdi ki, Tramp yaxın vaxtlarda Ukraynaya strateji silahların göndərilməsi ilə bağlı məsələləri də müzakirə edir:

"Onlar Ukraynaya yardım edərək Rusiyanı sülhə məcbur etmək istəyirlər. ABŞ-nin yeni silahları Ukraynaya göndərilsə, Ukraynanın fəaliyyəti genişlənəcək. Burada bu açıqlamaların koordinasiyalı olduğunu da, tərəflərin ayrı-ayrı Rusiyaya münasibətini də ifadə etmiş ola bilərlər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən