"Müasir Azərbaycan Ulu öndərin xalqa məhəbbətinin təcəssümüdür" - Spiker

 11:17 14.07.2025     77

"Bu gün 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişinin 56-cı il dönümü tamam olur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü növbədənkənar sessiyası üzrə son iclasında sədr Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, müasir Azərbaycan Ulu öndərin xalqa məhəbbətinin, fədakarlığının əyani təcəssümüdür.

"Xalqımz hələ Sovet dövründə siyasi müstəqilliyin əsasını qoymuşdur. Ulu öndərin başladığı missiya bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün işğaldan azad edilnmiş ərazilərdə quruculuq işləri aparılır, Böyük Qayıdış proqramı uğurla davam etdirilir. Bundan sonra da uğurlu nəaliyyətlər əldə edəcəyimizə inanırıq".

Vumart və Güvən reklamı Vumart Güvən