"Trampın qərarı qiymətlərə təsir göstərəcək" - İqtisadçı

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına qarşı 30 faizlik yeni gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Tariflərin avqustun 1-dən etibarən qüvvəyə minəcəyi gözlənilir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verə iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, bu, qiymətlərə təsir göstərəcək:
"Amerika qərar qəbul edibsə, deməli, hər şeyi hesablayıb və nəzərə alıb. İstənilən halda Amerika öz istəklərinə uyğun digər ölkələrlə ticarət razılaşmaları əldə etməyə çalışır. Görünən odur ki, Avropa razılaşmaya yaxınlaşmadığı üçün belə əlavə tədbirlər həyata keçirilir".
İqtisadçı qeyd etdi ki, bu, çətin məsələ deyil.
"Çətin məsələ əsasən Ukraynadakı vəziyyətdir. Burada isə rüsum tətbiq olunur, məhsul ixrac edilən zaman rüsum veriləcək", - deyə Xalid Kərimli qeyd etdi.
Aytəkin TOFİQQIZI