"İlham Əliyevin siyasəti nəticəsində düşmənlərimizin dostlara çevrildiyini görürük" - Deputat

 17:21 14.07.2025     136

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfər edib. Prezident İlham Əliyevlə Suriya Prezidenti arasında görüş baş tutub.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, səfərin çox böyük əhəmiyyəti var.

"Bu gün cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Yaxın Şərqdə əsas faktorlardan birinə çevrilib. Bu gün Azərbaycan Suriyanın yenidən qurulması prosesinə, bu işlərin aparılmasına öz mühüm töhfəsini verməkdədir. Suriyanın əvvəlki hakimiyyəti tamamilə Ermənistana dəstək verirdi və beynəlxalq platformalarda da bu dəstəyi göstərirdi. İndi isə biz cənab prezidentin siyasəti nəticəsində düşmənlərimizin dostlara çevrildiyini görürük".

Milli Məclisin deputatı vurğuladı ki, qardaş Suriya xalqı ciddi dilemma ilə üz-üzədir.

"Vəziyyətdən çıxış yolu da münasibətlərin bərpasıdır. Azərbaycan da bu prosesə öz töhfəsini verir. Azərbaycan müsəlman ölkəsi olaraq hər zaman öz humanistliyini, öz insanpərvərliyini göstərib və bu məsələdə də Azərbaycan bu dəyərləri göstərir. Dövlətimiz bu məsələlərə çox həssasdır", - deyə C.Məmmədov bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən