Paşinyan Parisdə səfərdədir - YENİLƏNİB

 23:06 14.07.2025     201

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona Brüsseldə keçirilən müzakirələrin nəticələrini açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Yelisey sarayında keçirilən görüşün ardından Ermənistan hökuməti məlumat verib.

Daha əvvəl Paşinyan Brüsseldə Ursula fon der Lyayen və Antoniu Koşta ilə üçtərəfli görüşdə iştirak edib.

Qeyd olunur ki, Paşinyan və Makronun Parisdəki söhbətinin mərkəzində regional əhəmiyyətli məsələlər olub. Ermənistanın baş naziri Makronu Fransanın milli bayramı münasibətilə təbrik edib, Fransa prezidenti isə "Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə sadiqliyini vurğulayıb".

"Biz Cənubi Qafqazda təhlükəsizliyi və davamlı sülhün qurulması üçün səyləri müzakirə etdik. Bu mühüm prosesdə sarsılmaz dəstəyinə görə Fransaya təşəkkür edirəm", - Paşinyan X sosial şəbəkəsində yazıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada işgüzar səfərdədir.

Redaktor.az xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Yelisey sarayında Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən