"Trampı dünyada heç kəs ciddi qəbul etmir" - Zərdüşt Əlizadə

 18:54 15.07.2025     190

"Trampı dünyada heç kəs ciddi qəbul etmir. Gündə bir fikir söyləyir və bu fikirlərin hamısı bir-birinə ziddir. Altı ay əvvəl dediyi sözü indi təkrarlayır. Əminəm ki, altı ay sonra yenidən təkrarlayacaq. O, tamamilə qeyri-ciddi adamdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-nin Prezidenti Donald Trampın Ukraynaya yardım etmək qərarından danışarkən bildirdi.

"Ona görə də Rusiya ABŞ-dən çəkinmədən öz hərbi, təcavüzkar siyasət dəst-xəttini davam etdirəcək. Ukrayna isə ümid edir ki, Avropa ona həqiqətən də ciddi silah yardımı göstərəcək. Ona görə də müqavimət göstərməyə davam edir. Yəni Tramp özü-özünü biabır etdi. Amerika daxilində hamı deyir ki, Putin Trampı barmağına dolayıb", - deyə o, qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən