"Tramp anladı ki, bu, artıq adi bir müharibə deyil" - Deputat

"Amerikanın prezidenti Donald Tramp dəfələrlə Rusiyaya müraciət etmişdi ki, bu müharibəni dayandırsınlar. Lakin cavab olaraq, Rusiya Kiyevə və digər şəhərlərə endirdiyi bombardmanları daha da artırdı".
Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Asim Mollazadə ABŞ Prezidenti Donald Trampda Rusiyaya qarşı yaranan qəzəbin səbəbindən danışarkən bildirdi.
"Təbii olaraq, Tramp anladı ki, bu, artıq adi bir müharibə deyil, Rusiya daha çox mülki əhalini hədəfə almağa çalışır. Vəziyyətin ciddiliyini və Rusiyanın geri çəkilmək niyyətində olmadığını gördükdə, Ukraynaya dəstək vermək qərarı qəbul olundu. Bununla yanaşı, Ukraynaya verilən hərbi yardımın həcminin də artırılması planlaşdırılır", - deyə deputat qeyd etdi.
Xədicə BAXIŞLI