"Suriya Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək istəyir" - İqtisadçı

 17:36 16.07.2025     470

"Suriya hazırda dağılmış bir ölkədir".

Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov Azərbaycan-Suriya iqtisadi əməkdaşlığının perspektivlərindən danışarkən bildirdi.

Onun sözlərinə görə, yeni seçilmiş keçid dövrü dövlət başçısı əsas dövlət rəhbərləri ilə həm telefon danışıqları, həm də qısamüddətli səfərlər vasitəsilə ölkəsinin bərpası üçün vacib məsələləri gündəmə gətirir:

"O, bizim kimi güclü ölkələrdən də dəstək istəyir. Azərbaycan və Susiya liderlərinin iyulun 12-də Bakıda keçirilən görüşü zamanı qeyd edildi ki, əvvəlki Suriya rəhbərliyi dövründə Azərbaycanla bütün əlaqələr demək olar ki, kəsilmiş və həmin hakimiyyət Bakıya qarşı düşmən mövqeyi sərgiləmişdi".

Müsahibimizin sözlərinə görə, yeni rəhbərlik və hazırkı hakimiyyət Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək istəyir:

"İqtisadi, ticarət, siyasi və mədəni sahələrdə əməkdaşlıq qurmaq niyyətindədir. Biz, coğrafi baxımdan da, bir-birimizdən çox uzaqda yerləşmirik. Hazırda ilkin mərhələdə Suriya ilə enerji sahəsində əməkdaşlıq zəruri sayılır. Çünki ölkədə bərpa prosesi gedir və enerji təchizatı bu prosesin ayrılmaz hissəsidir. Türkiyədən Suriyaya mavi yanacaq ixrac olunmağa başlayacaq və Azərbaycan da bu istiqamətdə dəstək göstərəcək".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən