"Bu, Azərbaycan və Türkmənistan diplomatiyasının ortaq zəfəridir" - Deputat

 17:03 17.07.2025     181

Ötən gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Bərdiməmmədov Azərbaycana səfərə gəlib. Bu Qurbanqulu Bərdiməmmədovun Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra ölkəmizə ilk səfəridir.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bu səfər ikitərəfli münasibətlərdə yeni bir səhifə açan səfər kimi yadda qalacaq.

"Çünki bu səfərdə sadəcə iqtisadi əməkdaşlıq məsələləri deyil, həm də mədəni-humanitar istiqamətlər üzrə elmi-intellektual əməkdaşlıqla bağlı məsləhətləşmələr də aparıldı. Nəticə ilə türkmən xalqı ilə Azərbaycan xalqı eyni kökdən gələn xalqlardır. Əslində, Azərbaycan Prezidenti ilə Türkmənistan Xalq Məsləhətinin sədrinin görüşündə maraqlı bir hadisə baş verdi. Bəlli oldu ki, Mahdumqulu və Xəstə Qasım dili bu gün də türkmən və Azərbaycan xalqlarının ortaq dilidir. Hər iki ustaddan miras qalan ədəbi-bədii, poetik leksikon hər iki xalq tərəfindən dərk edilir. Əlbəttə ki, bu münasibətlər qiymətləndirilərkən üç mühüm xüsusiyyəti qeyd etmək lazımdır: türkmən və Azərbaycan arasındakı əlaqələr qardaşlıq, qonşuluq və əməkdaşlıq əlaqələridir. Bir qardaş ölkənin işğaldan azad olunmuş ərazilərə səfəri qardaşın öz qardaşının sevincini bölməsi hadisəsidir. Bu, Azərbaycan və Türkmənistan diplomatiyasının ortaq zəfəridir", - deyə millət vəkili vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən