"Zəngəzur dəhlizi açılarsa, bundan Ermənistan da məmnun qalmalıdır"

 14:30 18.07.2025     212

Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlaması zamanı bildirib ki, Zəngəzur dəhlizinin idarə olunması Ermənistanın mülkiyyəti çərçivəsində mümkündür.

Redaktor.az-a danışan millət vəkili Asim Mollazadə bildirdi ki, Ermənistan bu istiqamətdə Azərbaycanla danışıqları davam etdirməlidir.

"Çünki razılıq əldə olunarsa, dəhliz normal sürətlə işləyə biləcəksə, bu zaman bundan Ermənistan da əslində məmnun qalmalıdır. Çünki Ermənistan dünyaya çıxış əldə edir. Azərbaycan eyni zamanda Ermənistanla digər istiqamətlərdə də müvafiq kommunikasiyaların açılması məsələsində razılığa gələ bilər. Hələlik onlar bir-birinə ziddiyyət təşkil edən açıqlamalar verirlər. Gəlin gözləyək, görək bunların sonu necə olacaq. Hələ özləri bilmirlər ki, nə istəyirlər", - deyə deputat vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən