Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı oldu - YENİLƏNİB

 13:30 19.07.2025     173

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Qarşılıqlı həmrəylik, dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının siyasi, iqtisadi, təhlükəsizlik, humanitar aspektlərindən bəhs edilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mövcud imkanlardan istifadənin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Hər iki diplomat Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığı bir daha təsdiqləyərək, əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılan müştərək addımlardan məmnunluq ifadə ediblər.

Həmçinin, Azərbaycan və Pakistan XİN rəhbərləri BMT və İƏT çərçivəsində iki ölkənin aktiv əməkdaşlığından da razılıqlarını dilə gətiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən