Azərbaycan üçün Özbəkistanın dəstəyi həmişə dəyərli olub - İlham Əliyev

Qarabağın bərpasına ilk töhfənin Özbəkistandan gəldiyini nəzərə alsaq, Azərbaycan üçün Özbəkistandan gələn dəstək həmişə çox dəyərli olub.
Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.