"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır"

 19:19 19.07.2025     102

"Bizim ədalətli və qəti Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Onu qazanmaq üçün isə gündəlik çalışmaq və Qələbəni hər gün yaxınlaşdırmaq tələb olunur. Xüsusən əgər son qərar səndən asılıdırsa, həyatını ona həsr etməlisən. Bu, (Qələbə - red.) yalnız belə olan halda baş verə bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında qeyd edib.

Cəmiyyətin konsolidasiyasının ən mühüm amil olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Belə bir konsolidasiya Prezident, Ali Baş Komandan kimi mənə mənəvi güc verdi. Əmin idim ki, cəmiyyət və xalq mənim arxamda duracaq. Bu, yəqin ki, həlledici amillərdən biri idi”.

Vumart və Güvən reklamı Vumart Güvən