"Bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər" - İlham Əliyev

Bu gün qeyd etdiyim kimi, Konstitusiya və Minsk qrupunun buraxılması - bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər.
Redaktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
“Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi bu təkliflə çıxış edib. Paraflanma heç də imzalanma demək deyil. Ancaq biri var ki, şifahi razılıq var, ikincisi isə artıq hər səhifənin sonunda paraflanma baş verir. Məncə, biz çox yaxınıq”, - deyə dövlətimizin başçısı əlavə edib.