“Biz bilirik nə baş verib" - Prezident AZAL təyyarəsinin vurulmasından danışdı

 19:36 19.07.2025     160

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı bildirib:

“Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardırlar. Onlar da gözəl bilirlər ki, nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi - etiraf etmək, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və təzminat ödənilsin ailələrə. Qurbanların və yaralıların ailəsinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir”.

Vumart və Güvən reklamı Vumart Güvən