"Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir" - Prezident

 19:58 19.07.2025     118

Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

Ölkə başçısı vurğulayıb ki, Azərbaycan mediasının inkişafı onu sevindirir:

"Mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə böyük nüfuz qazanıb.

Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə, faktlar əsasında ifşa etməkdə də böyük uğur əldə edib.

Mediamız lazım gəldikdə hücuma da keçir, bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Bu trezisə şərh vermək istməmirəm, amma fakt budur ki, Azərbaycan mediasını müxtəlif səviyyələrdə oxuyurlar, məqalələri təhlil edirlər, onların Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı fərziyyələr də irəli sürülür. Bu deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib".

Prezident İlham Əliyev vurğulayıb ki, media deyəndə ilk növbədə jurnalistləri nəzərdə tutur:

"Sözün əsl mənasında sevinirəm və uğurlar arzulayıram. Azərbaycan elə bir mərhələdədir ki, özünü müdafiəyəyə hələ də ehtiyacı var.

Məncə, media ən yaxşı vasitədir. Nə qədər çox media işçilərinin əhatə dairəsi geniş olarsa, ölkə haqqında o qədər dəqiq, dolğun, ədalətli məlumatlar dünya ictimaiyyətinə çatdırıla bilər.

Görüləsi işlər çoxdur, ancaq mediamız istənilən xoşagəlməz iftira kampansiyasına cavab verməyə qadirdir. Bu yeni önəmli reallıqdır".

Vumart və Güvən reklamı Vumart Güvən