"Rusiya və Azərbaycanın münasibətləri çətin dövrlərdən keçir" - Peskov

 14:31 21.07.2025     92

Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəm təməli var, lakin bəzən elə olur ki, bu münasibətlər çətin dövrlərdən keçir və indi o çətin dövrlərdən biridir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Ümid edirik ki, bu müddət keçəcək, inanırıq ki, iki ölkə arasında əməkdaşlıq həqiqətən də qarşılıqlı fayda gətirir. Azərbaycanda ruslara hörmət olması bizim üçün çox vacibdir. Rusiyada çox böyük Azərbaycan diasporu yaşayır. Diaspor nümayəndələrinin demək olar ki, hamısı bizim qanuna tabe olan vətəndaşlardır və burada layiqli hörmətə malikdirlər. Qanunu pozanlar isə məsuliyyətə cəlb olunurlar", - deyə o qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən