Ceyhun Bayramov Gürcüstanda səfərdədir - YENİLƏNİB

 12:35 22.07.2025     161

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir.

Redaktor.az xəbər verir ki, nazir Tbilisidə gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşəcək.

XİN başçıları görüşdən sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər.

Ceyhun Bayramov gün ərzində Gürcüstan parlamentində də görüşlər keçirəcək.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir.

Redaktor.az xəbər verir ki,Azərbaycanın xarici siyasət idarəsinin rəhbərini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Hazırda tərəflər arasında görüş keçirilir.

Ceyhun Bayramovun səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Parlamentin sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.

Nazir, həmçinin Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış memoriala əklil qoyacaq və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, ona ehtiramını ifadə edəcək.

Bundan əlavə, 2025-ci il iyulun 21-də Tbilisidə Gürcüstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr raundu keçirilib

***

Xarici işlər naziri Ceyhun Bayramov iyulun 22-də Gürcüstana rəsmi səfərə yola düşüb.


Redaktor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

22
Vumart və Güvən reklamı Vumart Güvən