Trampdan Əliyev paylaşımı: Azərbaycan-ABŞ əlaqələrində yeni imkanlar - ŞƏRH

 14:31 22.07.2025     132

ABŞ prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım edib.

Bu paylaşım Azərbaycan və ABŞ arasında əlaqələrin inkişafı barədə nə deyir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zaur Məmmədov bildirdi ki, təbii ki, bu, Amerika Birləşmiş Ştatları ilə yeni münasibətlərin başlanğıcıdır.

"Daha doğrusu, vaxtilə Tramp ilə olan münasibətlərin inkişafıdır. Hansı ki, 2020–2024-cü illərdə demokratların hakimiyyəti dövründə dekadensiyada idi. Trampın bu paylaşımı həm də o deməkdir ki, Azərbaycan Prezidentini izləyirlər və prezidentimizin Amerika Birləşmiş Ştatları haqqında dediyi hər bir fikrə çox ciddi şəkildə yanaşırlar. Prezident İlham Əliyev 2024-cü ilin yay aylarından başlayaraq Trampı açıq şəkildə dəstəkləməyə başlayıb və bunun qarşılıqlı olaraq dialoqun başlandığını görmüş olduq. Azərbaycan-Ermənistan arasında olan münasibətdə Azərbaycanın irəli sürdüyü müddəalar Amerika Birləşmiş Ştatları tərəfindən də dəstəklənir", - deyə siyasi şərhçi əlavə etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən