İlham Əliyevin Ukrayna ilə bağlı sözlərinə Kremldən REAKSİYA

“Rusiya Azərbaycan rəhbərliyinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyindən xəbərdardır”.
Redaktor.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bununla bağlı müxtəlif fikirlərimiz var. Əvvəldən Azərbaycan bu mövqedən çıxış edirdi, biz onlarla razılaşmadıq. Bu, maneə deyildi”, – Kreml sözçüsü bildirib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırıb. O, Ukrayna vətəndaşlarına heç vaxt işğalla barışmamağı tövsiyə edib.
“Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə – mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam – 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, – deyə Prezident əlavə edib.