"Bu, sülh sazişinin imzalanması üçün maneədir" - Ceyhun Bayramov

 16:00 22.07.2025     67

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana səfəri çərçivəsində həmkarı Maka Botçorişvilini Ermənistanla normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

Redaktor.az xəbər verir ki, nazirlər Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsini məmnuniyyətlə xatırlayıblar.

C.Bayramov həmkarının diqqətinə sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığını çatdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən