"Paşinyanın təbiətin mühafizəsi tədbirində iştirak etməsi çox ironikdir" - Deputat

 17:17 23.07.2025     138

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya işgüzar səfər edəcək. O, Altayda ekologiya və ətraf mühitin mühafizəsinə həsr olunmuş konfransda iştirak edəcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirdi ki, Paşinyanın Rusiyaya səfər etməsi, üstəlik də Altaylarda keçiriləcək təbiətin mühafizəsi tədbirində iştirak etməsi çox ironikdir.

"30 il Azərbaycan torpaqlarını işğal altında saxlayaraq ona qarşı ekosid tətbiq edən, təbiətimizi tar-mar edən, çaylarımızı zəhərləyən bir ölkənin baş nazirinin təbiətin mühafizəsi tədbirində iştirak etməsi, əlbəttə ki, məntiqsiz görünə bilər. Amma görünür ki, Paşinyan burada özünəməxsus bir məntiq tapıb. Yəni əslində guya ki, Paşinyan sadəcə təbiətin mühafizəsi tədbirində iştirak üçün Rusiyaya gedir, amma əsl həqiqətdə görünür ki, burada keçirilən görüşlərdə 2026-cı ildə hakimiyyətdə qalması üçün müəyyən lobbilər axtarışına çıxacaq və eyni zamanda son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərinin Rusiya ucbatından gərginləşməsi kontekstində özünü Rusiyaya yenidən bəraət qazandırmaq üçün göstərəcəkdir. Yəni guya ki, Rusiyanın Qafqazda baş verən hadisələrə müdaxilə alətlərini itirməsinin səbəbi kimi Azərbaycanı göstərməyə çalışacaqdır. Bütün bunlar, əlbəttə ki, baş tutan məsələlər deyil. Paşinyanın kim olduğunu Rusiyada hamı bilir. Düşünürəm ki, Paşinyan bu məqsədlərinə çata bilməyəcəkdir", - deyə millət vəkili qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən