"Paşinyan artıq qərarları Moskvanın diqtəsi ilə qəbul etmək niyyətində deyil" - Fazil Mustafa

 17:07 23.07.2025     151

"Bütün hallarda Paşinyanın Rusiyaya səfəri bizim maraq dairəmizdədir".

Bunu Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya gözlənilən işgüzar səfərini şərh edərkən bildirdi.

"Çünki orada hansı qərarların qəbul olunması və müəyyən dərəcədə proseslər öz təsirini göstərə bilər, amma bu, bizim üçün o qədər də sürpriz deyil. Çünki Paşinyanın Rusiya ilə münasibətləri arzuolunan səviyyədə deyil. Ona görə də bu məsələlərdə hansı real nəticələrin ortaya çıxacağını proqnozlaşdırmaq çətindir. Amma böyük və təsiredici qərarların qəbul olunacağını düşünmürəm. Çünki Paşinyan artıq qərarları Moskvanın diqtəsi ilə qəbul etmək niyyətində olmadığını göstərib", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən