Türkiyə ilə imzalanmış son sənəd ölkəmizin hərbi gücünə əlavə stimul verir - Polkovnik

 17:13 23.07.2025     74

Dünən "IDEF2025" sərgisi çərçivəsində Türkiyənin "Baykar" Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında "Logistika Dəstəyi və Satış Müqaviləsi” imzalanıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, imzalanmış sənəd çox mühüm əhəmiyyətə malikdir:

"Bu sənəd Azərbaycanın müdafiə qabiliyyəti və təhlükəsizliyi baxımından xüsusi önəm daşıyır. Hər iki qardaş ölkə üçün bu sənəd təkcə hərbi deyil, eyni zamanda ciddi hərbi-siyasi əhəmiyyətə malikdir. Biz hər zaman qeyd etmişik ki, Türkiyənin müdafiə sənayesində istehsal olunan məhsullar, demək olar ki, birbaşa Azərbaycan üçün nəzərdə tutulur. Bu baxımdan, IDEF2025 sərgisində Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi, qoşun növlərinin komandanları və digər nümayəndə heyətinin iştirakı son dərəcə önəmlidir".

Polkovnikin sözlərinə görə, Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənovla Yaşar Gülər tərəfindən imzalanmış bu sənəd dünyada baş verən son proseslər fonunda, Türkiyə ilə Azərbaycanın iç-içə hərbi əməkdaşlığının bir göstəricisidir:

"Bu da ölkəmizin hərbi gücünə əlavə stimul və güc verir. Azərbaycanın güclənməsi isə təəssüf ki, bəzi dövlətləri ciddi şəkildə narahat edir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən