"İsrail Suriyanın bir hissəsini kürdlərə, bir hissəsini İraqa vermək niyyətindədir" - Zərdüşt Əlizadə

 17:04 23.07.2025     75

"İsrailin əsas məqsədi Suriyada dövləti məhv etməkdir. İsrail Suriyanın bir hissəsini kürdlərə, bir hissəsini İraqa vermək niyyətindədir".

Bu fikriləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə İsrail-Suriya arasında yaşanan gərginlikdən danışarkən bildirdi.

"Suriyada hakimiyyətə gəlmiş Əhməd Əl Şaara Mərkəzi Kəşfiyyat İdarəsinin agentidir. Amerikanın göstərişləri ilə hərəkət edir. Əhməd Əl Şaaranı Tramp qəbul elədi, təriflədi, Suriyaya qarşı sanksiyaları ləğv etdi. Sonra Bakıda Əhməd Əl Şaara ilə İsrail nümayəndələri arasında danışıqlar təşkil edildi. Daha sonra İsrail aviasiyası Dəməşqi bombaladı. İsrailin məqsədi İranı və Suriyanı məhv etməkdir", - deyə siyasi şərhçi fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən