Ceyhun Bayramovla somalili həmkarı arasında təkbətək görüş keçirilir - YENİLƏNİB

 12:31 24.07.2025     137

Azərbaycan və Somali xarici işlər nazirləri arasında geniştərkibli görüş keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib.

Nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Həmçinin BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq barəsində danışıqlar aparılıb.

Qeyd edilib ki, iki ölkə arasındakı son səfərlər və imzalanmış sazişlər Azərbaycan və Somali arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.

Redaktor.az xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib.

Qeyd edilib ki, nazirlər arasında təkbətək görüş keçirilir. İkitərəfli münasibətlər, regional proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən