"Onu Rusiya təhrik edir ki, səsini çıxarsın..." - Zərdüşt Əlizadə

 13:39 24.07.2025     79

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan deyib ki, Nikol Paşinyan Baş nazir postundan istefa verməlidir. 

Rusiyadan verilən bu mesajın arxasında nə dayanır?

Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, Ara Abramyan kəmsavad, cani bir adamdır.

"Rusiya onun vasitəsilə Rusiyadakı erməniləri idarə edir. Onu Rusiya təhrik edir ki, səsini çıxarsın. Rusiya istəyir ki, Paşinyan çıxıb getsin və Ermənistana əvvəlki kimi təsir edə bilsin. Paşinyan da buna imkan vermir. Düzdür, Paşinyan ciddi nəsə etmir, amma eyni zamanda çalışır ki, Ermənistan müstəqilliyini qoruyub saxlaya bilsin. Müxtəlif fəndlərlə Paşinyanı devirmək istəyirlər. Paşinyan da öz işini tədbirli görür. Partiyaların əksəriyyəti onun siyasi xəttini müdafiə edir", - deyə siyasi şərhçi vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən