Türkiyə-Suriya hərbi ittifaqı ilə yeni mərhələ başlayır? - AÇIQLAMA 

 18:26 24.07.2025     94

Türkiyə və Suriya hərtərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, Ankara ilə Dəməşqin hərbi əməkdaşlıq müqaviləsi imzalaması uzun müddətdir müzakirə olunur.

"Hətta onlar T4 hərbi hava bazasında Türkiyənin dron sənayesinin parkını qurmaq, hava bazasını qurmaq istəyirdilər. Sonra İsrail oranı bombaladı. Bu haldan sonra artıq əməkdaşlıqla bağlı müqaviləni rəsmiləşdirmək məsələsi gündəmə gəlmişdi. Son olaraq İsrailin Dəməşqi vurması, xüsusən də Suriya Müdafiə Nazirliyini vurması artıq o deməkdir ki, Ankara Suriyadakı vəziyyətdən ciddi narahatdır".

Politoloqun fikrincə, hərbi əməkdaşlıq müqaviləsi imzalanarsa, bu, Suriyada vəziyyəti dəyişəcək.

"Yəni Türkiyə ora gətirib hərbi kontingent yerləşdirəcək, hətta paytaxt Dəməşqə də yerləşdirəcək. Türkiyənin rəsmi olaraq orda üstünlüyü formalaşacaq. Ora kənar dövlətlərin müdaxiləsinin qarşısı alına bilər. Üçüncü bir tərəfdən, Suriya ordusunun yenidən qurulması, onun təchizatında Türkiyə aktiv şəkildə iştirak edə bilər ki, qısa müddətdə də nizami ordu yaradıla bilsin. Yəni artıq terrorçulardan təmizlənmiş, terrorçuların silah-sursatı əlindən alınmış və normal bir nizami ordu qurula bilər.

O baxımdan, düşünürəm ki, region üçün bu, müsbət hal ola bilər, həm də Türkiyənin özü üçün də bir az o məsələ vacibdir. Çünki Türkiyənin bölgədə narahat olduğu məsələlər var, xüsusən də PKK-nın davamı olan YPG-nin oradakı qalıqları hələ də qalır. Türkiyə Suriya ilə həmin müqaviləni imzalayarsa, YPG-yə də nəzarət funksiyasını daha rahat şəkildə həyata keçirə biləcək. Həm də Rusiyanın orada hərbi bazası var, ona da nəzarət funksiyasını Türkiyə əlinə ala biləcək. Yəni belə deyək, onu nəzarətdə saxlamaq imkanı olacaq. O baxımdan bu məsələ çox önəmlidir", - deyə Samir Hümbətov vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən