Ermənistan Zəngəzur dəhlizini ABŞ-yə icarəyə verməkdən imtina ETDİ

“Ermənistan yolun Sünikdən keçən 42 kilometrlik hissəsinin icarəyə verilməsi ideyasını rədd edib”.
Redaktor.az xəbər verir ki, bunu “Vətəndaş cəmiyyəti” fraksiyasından olan deputat Arman Eqoyan “Faktor TV”yə açıqlamasında deyib.
O bildirib ki, sözügedən yolun Sünik rayonundan keçən hissəsinin icarəyə verilməsi ideyası ABŞ tərəfindən irəli sürülüb, lakin Ermənistan bu formatı qəbuledilməz hesab edib.
“Biz riski funksiyaların özlərində deyil, icarədə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Bu variant bizim üçün qəbuledilməz idi”, - o qeyd edib.
Deputatın sözlərinə görə, tərəflər arasında fikir mübadiləsi aparılıb, lakin Ermənistan tərəfinin imtinasından sonra müzakirəyə son qoyulub.