"Prezidentin köməkçisinin açıqlaması ATƏT-in özünə verilən mesajdır" - Əziz Əlibəyli

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlamasında bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun tarix səhnəsinfə silinməsini istəyir.
Bəs yaxın zamanda bu, real görünürmü?
Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirdi ki, ATƏT-in Minsik qrupunun faktiki təsir mexanizmi qalmayıb.
"Amma burada açıqlamanın bir neçə tərəfi var. İlk olaraq Ermənistan da Minsik qrupunun buraxılması ilə bağlı razılıq verməlidir. İkincisi, sülh müqaviləsi imzalandıqdan sonra təbii şəkildə onun predmeti ortadan qalxır, yəni mübahisə mövzusu ortadan qalxır. Bu, bir növ Ermənistana verilən mesaj olur. Eynilə ATƏT-in özünə verilən mesajdır. De-fakto ATƏT-in Minsk qrupunun fəaliyyət göstərə biləcəyi məsələ mövcud deyil, amma onu bir də de-yure halına gətirmək üçün verilən bəyanatdır", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI