“Amerika Avropanı iqtisadi kapitulyasiyaya məcbur etdi” - Türkiyəli politoloq

 21:49 28.07.2025     80

"Bu gün Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı arasında əldə olunan ticarət razılaşması çox diqqətçəkici məqamları ehtiva etməkdədir. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Şotlandiya səfəri sırasında Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ilə bir araya gələrək Amerika və Avropa İttifaqı arasında ticarət mövzusunda yaşanan gərginliklərin həlli ilə bağlı bir nəticəyə gəldikləri aydın şəkildə bilinir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz ABŞ ilə Avropa İttifaqı arasında əldə olunan ticarət razılaşmasından danışarkən bildirdi.

"Donald Tramp ABŞ ilə Avropa İttifaqı üzvü ölkələri arasındakı ticarət həcmi arasında yaşanan mövcud fərqlərdən dolayı bir tarazsızlıq olduğuna inanmaqda idi və bu səbəblə Avropa İttifaqı ölkələrinə yüksək məbləğli gömrük vergiləri qoyacağını daha vəzifəyə gəlmədən öncə açıqlamışdı ki, vəzifəyə gələr-gəlməz də bu mövzu ilə bağlı bir tətbiq əmri ortaya qoydu və 1 avqust etibarilə də bu miqdarın daha da yüksəldiləcəyi mövzusunda rəy bəyan etmişdi. Yəni Avropa İttifaqı keçən il Amerika Birləşmiş Ştatlarına 532,3 milyard avroluq mal satarkən bunun qarşılığında 335 milyard avroluq məhsul aldığını rəsmi qeydlərdən görməkdəyik. Yəni arada 197,3 milyard avroluq bir fərq var və Avropa İttifaqı bu artığı özü üçün bir ticarət həcmi mövzusunda müsbət olaraq dəyərləndirir, Donald Tramp bu mövzuda ABŞ-nin Avropa qarşısında ticarət kəsiri verdiyinə inanır. Bununla birlikdə, ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəlməsinin dərhal ardından Avropa ölkələrindən polad və alüminium idxalatına 50 %, avtomobil sektoruna 25 % və digər məhsullarda 10 % gömrük vergisi tarifini tətbiq etmişdi. Bunu da 1 avqust etibarilə bütün məhsullarda təxminən 30 % gömrük vergisi tətbiq olunacağını bəyan etmişdi. Əldə olunan nəticəyə əsasən, prosesdə bu mövzuda bir razılaşma təmin olunduğunu və məhsullara 15 % gömrük vergisi tarifinin standart hala gətiriləcəyi mövzusu razılığa gətirildi. Bu, ABŞ-nin Avropa ölkələrinə metazori dediyimiz zorla qəbul etdirmə mənası daşımaqdadır", - deyə siyasi ekspert qeyd etdi.

Onun fikrincə, eyni zamanda ABŞ-nin Avropa İttifaqı ölkələrinə məcburi olaraq ixracat təlqin etməsi olduğu da yaddan çıxarılmamalıdır:

"Yəni ABŞ Avropa İttifaqından 600 milyard dollardan çox sərmayə qoymasını tələb etdi və Avropa İttifaqı bunu qəbul etdi. Bununla bərabər Avropa İttifaqı ABŞ-dən 750 milyard dollarlıq enerji məhsulu almağı və eyni zamanda ABŞ-dən milyardlarla dollarlıq hərbi məhsul və avadanlıq satın alma mövzusunda Avropaya təlqin etdi və bu da Avropa ölkələri tərəfindən qəbul edildi. Yəni Amerika məhsullarını zorla Avropa İttifaqı ölkələrinə qəbul etdirmiş oldu və Avropa qarşısında ABŞ istehsal etmiş olduğu məhsulların satışı mövzusunda öz istehsalçısına, öz xalqına bir rifah təmin etmə mövzusunda addım atmış oldu. Donald Tramp öz ölkəsindəki yaşanan iqtisadi böhranla əlaqəli vətəndaşlarına bir həll yolunu Avropa ölkələrinə zorla məhsul satma və sərmayə qoydurma mövzusunda təlqinlə təmin etmiş oldu. Yəni ABŞ-nin iqtisadi sıxıntılarını Avropaya zorla məhsul sataraq və Amerikaya zorla sərmayə qoyduraraq qapatma mövzusunu seçdi və Avropa İttifaqı ölkələri bunu qəbul etdi. Yəni Amerika qarşısında Avropa ölkələri ticari olaraq bir tarazsızlığı qəbul etmək məcburiyyətində qaldı. Bu da özəlliklə Avropa ölkələrinin Amerika qarşısında başda müdafiə mövzusunda tarazsızlıqlardan Amerikanın yararlanmış olduğu mənası daşımaqdadır".

İsmail Cingöz hesab edir ki, ABŞ-nin Aİ ilə sazişinə kapitulyasiyaların müasir halı da demək olar.

"Amerika məhsullarını satacaq, Avropa Amerikaya sərmayə qoyacaq və aradakı Amerikanın Avropadan aldığı artıq məhsullara qarşılıq Amerika gömrük vergiləriylə aradakı fərqi kompensasiya etmiş olacaq və hərbi məhsulları da zorla Avropa ölkələrinə satmış olacaq. Keçdiyimiz aylarda Avropa, NATO ölkələriylə ABŞ arasında gərginlik yaşanmaqda idi. Amerika, "NATO-dan çıxsam siz Rusiya qarşısında müdafiəsiz qalarsınız" və "Rusiya sizi işğal edər" demişdi. Bunu da iqtisadi olaraq Avropanı zorla özündən asılı vəziyyətə salmağa hələ də davam edəcəyi mənasını daşımaqdadır.
Nəticə etibarilə burada qazanclı çıxan ABŞ-dir. Orta əsrlər və Osmanlının son dövrlərində məşhur olan kapitulyasiyaların müasir şəklini Tramp Avropa ölkələrinə qəbul etdirmiş oldu və Avropa ölkələrinin Amerikaya bağlılığı önümüzdəki prosesdə də davam edəcəyi anlaşılandır", - deyə politoloq vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən