Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Husyevlə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb.
Görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yollarının müzakirə olunduğu qeyd edilib.
“Ukraynaya davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana minnətdaram”,- səfir paylaşımında bildirib.
