Azərbaycan və Qətər qarşılıqlı investisiya qoyuluşunu müzakirə ediblər

Azərbaycan və Qətər arasında qarşılıqlı investisiya qoyuluşunun təşviqi müzakirə edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb:
"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Qətər İnkişaf Fondunun baş direktoru Fəhəd Həməd Al Suleyti ilə görüşməkdən məmnun olduq. Ölkəmizlə iqtisadi əməkdaşlıq istiqamətləri, biznes əlaqələrinin gücləndirilməsi, enerji, ticarət və investisiyalar sahəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikirlərimizi bölüşdük".