"Avqustun 8-dən sonra bu hücumların dayanacağını düşünmək mümkün deyil"

 14:45 04.08.2025     50

Amerika Prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə atəşkəs razılaşması üçün avqustun 8-nə qədər vaxtının olduğunu bildirib.

Bəs avqustun 8-nə qədər Rusiya-Ukrayna arasında atəşkəs əldə oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Natiq Miri bildirdi ki, Rusiyanın başlatdığı yay hücum əməliyyatı konkret öz nəticələrinə varmayınca atəşkəs olmayacaq.

"Bundan başqa 50 günlük verilən möhlətin 10 günə endirilməsi açıqlaması ultimatumundan sonra dərhal Kiyevin xüsusilə də yaşayış məskənlərini ballistik raketlərlə vurulması və insan tələfatına, mülki insanların tələfatına səbəb olması Donald Trampa verilən cavab idi".

Politoloqun sözlərinə görə, nəinki 8-i, hətta 8-dən sonra da bu hücumların dayanacağını düşünmək mümkün deyil:

"Çünki hər bir halda Vladimir Putinin qoyduğu yay hücum əməliyyatı ilə bağlı hədəfləri var və bu hədəflərə çatmayana yaxud da ki, ən azından hücum əməliyyatının nəticələrinin sonunu bilməyənə qədər bu əməliyyat dayanmayacaq. O vaxta qədər də əlbəttə zaman qazanmaq üçün bir növ danışıqlar görüntüsü yaratmaqla prosesi manipulyasiya etməyə çalışacaq. Çünki Donald Tramp hakimiyyətə gələndən bəri Rusiyanın etdiyi budu", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən