Rusiya daha bir öhdəlikən imtina edir

"Rusiya orta və qısamənzilli raketlərin yerləşdirilməsi üzrə özünə məhdudiyyətlər qoymaq məsələsində artıq sərbəstdir, bu moratoriyanın qorunub saxlanılması üçün şərtlər aradan qalxıb".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin orta və qısamənzilli raketlərin yerüstü platformalarda yerləşdirlməsi üzrə moratoriya məsələsi ilə bağlı bəyanatında deyilir.
XİN hesab edir ki, kollektiv Qərbin orta və qısamənzilli raketlərin yayılması sahəsində hərəkətləri Rusiyanın təhlükəsizliyinə birbaşa təhlükə yaradır.
Bildirilir ki, bu, Moskva tərəfindən tədbirlərin görülməsini tələb edir:
"Cavab tədbirlərinin parametrləri ilə bağlı qərarlar Rusiya rəhbərliyi tərəfindən Amerikanın və Qərbin digər orta və qısamənzilli raketlərinin yerləşdirilməsi miqyasının təhlili əsasında qəbul ediləcək".